"Nikol Paşinyan o qədər axmaq əmrlər verdi ki, ordunun səbri tükəndi."Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olmuş general-polkovnik Movses Akopyan deyib.
“Mənə elə gəlir ki, bu ölkədə hakimiyyət dəyişikliyi olmayıb. Çünki mövcud hökumət sanki ölkənin idarəçisi, lideri deyil, müxalifət kimi danışır. Dövlət başçısının sözləri şübhə doğurmamalıdır. Ölkə rəhbərinin çıxışı dərc olunmadan əvvəl min dəfə yoxlanılmalıdır. Nikol o qədər axmaq əmrlər verdi ki, ordunun səbri tükəndi",- deyə erməni general bildirib.
Tarix: 26-02-2021, 11:10