"Paşinyan Qərbin tapşırığı ilə Rusiyanın hərb sənayesinə böyük zərbə vurdu"

Əvvəlcə unutmayaq ki, Paşinyan Ermənistanda 2 il bundan qabaq uzun illər hakimiyyəti zəbt etmiş səhra komandirləri olan Sərksiyan-Köçəryan çütlüyünü hakimiyyətdən uzaqlaşdırmışdı. Paşınyan hakimiyyətə gələn kimi Köçəryanı həbs etdirdi. Qisasçılıq siyasətini həyata keçirdi.
Neqativ.com xəbər verir ki, bunu Trend-ə BAXCP sədrinin müavini, QHT sədri , siyasi şərhçi Niyaməddin Orduxanlı deyib.
N.Orduxanlı bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra Köçəryan-Sərksiyan cütlüyü bu vəziyyətdən istifadə edib Paşınyanı devirmək istəyir: “Sadəcə, Ermənistanda 10 noyabr – Azərbaycan-Rusiya-Ermənistan dövlətlərinin bəyanatının imzalanmasından sonra demək olar ki, hər gün Paşinyanın əleyhinə bütün müxalifətin mitinqi keçirilir. Ancaq bu mitinqilərə yüz minlər dəstək vermir. Çünki 25 il hakimiyyətdə olan bu cütlük hərbi xunta rejimi qurmuşdular və ermənilər bunların kim olduqlarını yaxşı bilirlər.
Xocalıda uşaq qatili olan və özləri hakimiyyətə gələndə Ermənistanda onlarla dinc sakini qətlə yetirən Sərkisyana xalqın kütləvi dəstək verməsi gözlənilmir. Paşinyan müharibədən sonra dəfələrlə müraciətində bildirirdi ki, müharibə dövründə ona tabe olmayan hərbi qüvvələr olub və dövlətə xəyanət ediblər. Uzun illər hakimiyyətdə olan bu qüvvələrin hərbi qüvvələrin tərkibində özlərinin yaxın adamların olması təbiidir. Bunlar Paşinyana tabe olmurlar. Bu gün baş verən hadisələr prosesin davamıdır. Xalqdan ciddi dəstək almayan bu cütlük hərbi qiyamla və ya Paşinyanı qətlə yetirməklə yenidən hakimiyyətə qayıtmaq istəyir.
Yadınıza salın. Köçəryan Ermənistan Parlamentinin spikeri Dəmirçiyanı, baş naziri və digərlərini qətlə yetirməklə hakimiyyətə gəldi. Bu ssenarinin Paşinyan üçün də baş verəcəyi istisna edilmir. Paşinyan qərargah rəisini işdən azad etməsi və tərəfdarlarını meydana çağırması baş vermiş hərbi qiyamı ertələmək, qarşısını almaq niyyəti güdür. Hesab edirəm ki, Paşinyan hakimiyyətə Qərbin dəstəyi ilə gəlmişdi və rusiyameylli hərbçilərin satqınlığı haqqında bəyan etməsi və Ermənistanın qərbyönümlü siyasət yürütdüyünü elan edəcək. Gözlənti budur. Ermənistanda baş verən hadisələrə Türkiyənin mövqeyi Rusiyanınkından fərqli oldu. Moskvadan açıqlama gəldi ki, “Ermənistanın daxili işidir, hadisələri izləyirik”, Ankaradan isə vurğulandı ki, “Biz hərbi çevrilişlərin əleyhinəyik”.
Erməni generallar deyirlər ki, guya “İsgəndər” raketləriylə Bakı-Tbilisi-Ceyhan boru xəttini vurmaq istəyirdilər, baş nazir Nikol Paşinyan icazə verməyib. Müharibə bitib deyə erməni generallar “cəsarətləniblər”. Əsas boru xəttimizi vurub sıradan çıxarsaydılar, müharibə 10 noyabrda bitməcəyəcəkdi. Paşinyanın 2 gün qabaq “İsgəndər” raketini Azərbaycana atdıq, ancaq partlamadı” bəyanatı Rusiyanın çox böyük qəzəbinə səbəb olub. Ola bilsin ki, bunu Paşinyan qəsdən edib. Rusiyanın hərbi sənayesinə böyük zərbə vurmaq niyyətini güdür və böyük ehtimalla Paşinyan bu bəyanatı Qərbin tapşırığı ilə bildirib. Bilirsiniz ki, bu gün ABŞ sanksiyasına məruz qalan Rusiya hərbi satışdan milyardlarla dollar əldə edir. Və bu cür bəyanatlar Rusiyadan silah alan ölkələrdə inamsızlıq yaratmaq niyyəti güdür”.
Tarix: 26-02-2021, 10:30
-
Bu gün, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
Bu gün, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
Bu gün, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
Bu gün, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
Bu gün, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
Bu gün, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
Bu gün, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
Bu gün, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
Bu gün, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
Bu gün, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
Dünən, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
Dünən, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
Dünən, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
Dünən, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
Dünən, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
Dünən, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
Dünən, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO
-
Dünən, 22:31
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
-
Dünən, 17:15
Taliban rejiminə qarşı yeni hərbi əməliyyatlara başlayıb - General Sadat kimdir və ya o, nə istəyir? (TƏHLİL)
-
Dünən, 16:50
Çimərlikdə istirahət edərkən PUA ilə vuruldular - Ölənlər var(VİDEO)
-
Dünən, 13:12
Azərbaycanda vergi işçiləri həbs edildi
-
Dünən, 13:09
İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…
-
Dünən, 12:52
40 yeni qırıcı, milyardlarla dollarlıq müqavilə: "Forbes" Azərbaycandan yazdı
-
Dünən, 12:03
İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı
-
Dünən, 11:58
Xəbərləri olmadan 3 nəfərin adına şirkət açıldı, milyonlarla manat borc yarandı (VİDEO)
-
Dünən, 10:13
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr (SİYAHI)
-
Dünən, 10:06
Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL: Narazı qalan türkiyəli qonaq çağırış etdi + VİDEO
-
Dünən, 09:49
Əkrəm Həsənov: “Qeyri-şəffaf insanlar bizə şəffaflıq dərsi keçir”
-
2-08-2026, 23:22
"Yaşayan Nostradamus" növbəti hadisələrin proqnozunu verdi
-
2-08-2026, 23:04
Pakistanda terror törədildi - Xeyli sayda ölən və yaralanan var