Sarqsyan qiyamı dəstəklədi, Ter-Petrosyan tərəfsiz qaldı - Kilsə isə...



Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyan xalqı baş nazir Nikol Paşinyanın istefasını tələb edən hərbçiləri dəstəkləməyə çağırıb.
"Report" xəbər verir ki, bununla bağlı sabiq prezidentlər müvafiq bəyanatla çıxış ediblər.
"Qətiyyətli addımların zamanı gəlib", - onlar vurğulayıblar.
Bununla belə, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan neytral mövqedən çıxış edərək hakimiyyətlə müxalifəti vətəndaş müharibəsindən qaçınmağa çağırıb. Onun sözlərinə görə, vətəndaş müharibəsi nəinki Türkiyə və Azərbaycanın arzusunun çin olmasına yol açacaq, həmçinin erməni xalqının sonunun başlanğıcı olacaq.
Erməni kilsəsi isə, öz növbəsində, son olayları narahatlıqla izlədiyini açıqlayıb. Eçmiədzin vəziyyətin mümkün gərginləşməsini yolverilməz və zərərverici olduğunu hesab edir. Kilsə prezident, baş nazir, hökumət üzvləri və siyasi qüvvələrin liderlərini vəziyyətin həlli yollarını danışıqlar masası arxasında axtarmağa çağırıb.
Tarix: 25-02-2021, 15:21
Xəbəri paylaş



Xəbər lenti