Ermənistanın Ədliyyə Nazirliyi toy mərasimlərinin Yerevandakı Karen Dəmirçyan adına idman-konsert kompleksində yerləşən “Ermənistan” zalında keçirilməsinə icazə verib. Pravda.az xəbər verir ki, bu barədə erməni nazir Rüstəm Badasyan özünün “Facebook” səhifəsində açıqlama verib.
Onun sözlərinə görə, nikah Ermənistan Ədliyyə Nazirliyinin Mülki Qeydlər Agentliyinin mütəxəssisləri tərəfindən qeydə alınır:
“Ermənistan vətəndaşları, əcnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər təntənəli şəraitdə nikah qeydiyyatı üçün müraciət edə bilərlər”.
Tarix: 24-02-2021, 20:49