Almaniyanın “Münih Re” təkrarsığorta şirkətinin filialı, ABŞ-ın mümkün sanksiyaları səbəbiylə “Şimal axını-2” layihəsinin inşası üçün sığorta xidmətləri göstərməyi dayandıracağını açıqlayıb. Ovqat.com xəbər verir ki,
"Münhen Re” sığorta şirkəti bu məlumatı yayıb.
Məlumata görə, şirkət “Şimal axını-2” layihəsinin sığortasının ləğv edildiyini bildirib.
Xatırladaq ki, şirkətin adı ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi “Şimal axını-2”-yə qarşı mümkün sanksiyalar siyahısında siyahıda yer almışdı.
Tarix: 23-02-2021, 21:45