Raqıp Soylu“Middle East Eye” 2028-ci ildə Aya yumşaq eniş etməyi hədəfləyən Türkiyənin bu yaxınlarda elan etdiyi kosmik proqram təxminən 1 milyard dollara başa gələcək və Somalidə raket buraxılışı meydançasının inşasını tələb edəcək.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən ay insansız missiyalarla Aya uçuş məqsədi ilə 2 ayrı-ayrı mərhələdən ibarət iddialı bir layihəni açıqlayıb.
Ankara, beynəlxalq əməkdaşlıq yolu ilə, Cümhuriyyətin 100-cü ildönümündə, 2023-cü ildə orbitə çıxarılacaq yerli istehsallı hibrid raketlə Aya peyk buraxmağı planlaşdırır.
İkinci mərhələdə, 2028-ci ildə Türkiyə öz imkanları ilə Aya yumşaq bir eniş etməyi hədəfləyir, bu da Yerin təbii peyki üzərində elmi araşdırmalar aparmaq məqsədi daşıyır.
Lakin hökumət bu günə qədər proqramın dəyəri və s. ilə bağlı suallardan yayınıb.
Büdcə sorğularıTürk müxalifəti bu tapşırıq üçün hökumətin səlahiyyət verdiyi Türk Aerokosmik Agentliyinin (TUA) illik büdcəsinin 40 milyon dollardan bir qədər çox olduğunu və bu kimi yüksək hədəflər üçün yetərli olmadığını vurğulayıb.MEE-nin türk mənbəsi TUA-ya yalnız bütün proqramı koordinasiya etmə tapşırığı verildiyini və buna görə də, daha böyük bir büdcəyə sahib olmamasının təbii olduğunu bildirib:
“Xərclər dövlətə məxsus iri müdafiə sənayesi şirkətləri kimi fərqli dövlət qurumlar vasitəsi ilə həyata keçiriləcək. Müdafiə Nazirliyi də vəsait ayıracaq”.Bir neçə il əvvəl Ərdoğana təqdim edilən ilk planlar az tanınan törəmə şirkəti olan “Deltav”ın (Space Technologies Incorporated Company) 600 milyon dollardan çox büdcəsi ilə xərclərin əsas hissəsini alacağını göstərib.
“Deltav”ın sədri Arif Karabeyoğlu keçən il şirkətin kosmik proqram üçün həlledici qabiliyyət olan maye oksigen və parafin istifadə edən raket mühərriki istehsal etdiyini elan etmişdi.
MEE mənbəyinin sözlərinə görə, ümumən hökumətə ən azı 1,1 milyard dollara başa gələcəyi gözlənilən proqram mövcuddur.
Somalidən buraxılacaq raketEyni mənbə hökumətin 2011-ci ildən bu yana Türkiyənin dünyanın ən böyük təlim bazasına ev sahibliyi edən və əsas təhlükəsizlik tərəfdaşı olan Somalidə raket buraxılış meydançası qurmağı planlaşdırdığını söyləyib.Somali kosmos həvəskarları üçün yad məkan deyil: ekvatora yaxın olduğu üçün Fransa 1960-cı illərdə bu ölkəni kosmodroma çevirməni daha əlverişli sayırdı.
Türk Aerokosmik Agentliyinin prezidenti Serdar Hüseyn Yıldırım fevralın 12-də BBC Türk-ə verdiyi müsahibədə həssas danışıqları əsas gətirərək, Somali variantına münasibət bildirməkdən imtina edib.
Bununla yanaşı, MEE-nin türk mənbəyi Liviya kimi digər alternativlərin üstündən xətt çəkib və Türkiyənin Somalidə daha çox nüfuz sahibi və elmi cəhətdən oranın daha əlverişli məkan olduğu ehtimalını irəli sürüb.
Hökumətin layihə hesablamaları Somalidə kosmodromun yaradılması və saxlanmasının 350 milyon dollardan çox vəsaitə başa gələcəyini göstərir.Üstəlik, hökümət türk doktorantlarına xaricdə astrofizika təhsili almaq üçün qrant ayırmağı hədəfləyir və o, 150 milyon dollara Türkiyə universitetləri üçün araşdırma və inkişaf maliyyəsi təmin edəcək.
Yıldırım mediaya verdiyi açıqlamasında kosmik proqramın Türkiyəyə texnologiyasını inkişaf etdirməsinə və ölkəni uzun müddətdə, daha rəqabətcil edəcək sektorlara həlledici investisiyalar qoymasına kömək edəcəyini söyləyib.
Hökumət 2023-cü ildə türk raketini kosmosa çıxaracaq xarici bir qurum da tapmalıdır.
Yıldırım bir türk qəzetinə verdiyi açıqlamada layihənin beynəlxalq donorlar vasitəsi ilə maliyyələşdirilə biləcəyini, kosmik layihələrlə maraqlanan bir çox qurumun olduğunu söyləyib.
Bununla yanaşı, MEE-nin mənbəyi xarici investisiyaların mümkün olmadığını bildirib:
“Planlar, çox güman ki, zamanla inkişaf edəcək, çünki 2023 və 2028 hədəfləri olduqca aqressivdir və dəyişə biləcək çox şey var”.Tərcümə: Strateq.az
Tarix: 20-02-2021, 09:23