"Böyük Turandan danışırıqsa, düşünmürəm ki, Türkiyə belə bir hədəf güdür..."


Hesab edirəm ki, Türkiyə Böyük Turanı fövqəlmilli bir varlıq olaraq yaratmaq məqsədi güdmür.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Tarixi mənada fövqəlmilli bir varlıq olaraq Böyük Turandan danışırıqsa, düşünmürəm ki, Türkiyə belə bir hədəf güdür. SSRİ-nin keçmiş tərkib hissəsi olub, müstəqil olan dövlətlərin bu ideyanı hansısa formada dəstəkləyəcəyini görmürəm. Əksinə, onların xarici siyasətinin bütün pafosu və fəaliyyət praktikası özlərinin milli dövlətini gücləndirməkdən ibarətdir", - Lavrov bildirib.
Lavrov qeyd edib ki, türkdilli münasibətlər mövzusu Türkiyə və müvafiq dövlətlər, o cümlədən Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa dərindən nüfuz edib.
Tarix: 20-02-2021, 09:10
Xəbəri paylaş



Xəbər lenti