Bayden korrupsioner ölkələri hərbi güclə hədələdi


Co Bayden və Vladimir PutinCo Bayden və Vladimir Putin

ABŞ-ın yeni prezidenti Co Bayden Rusiyaya, korrupsioner və anti-demokratik sistemlərə, məmurlara ultimatum göndərib. O bəyan edib ki, bundan sonra Avropa Məhkəməsinin qərarları icra olunmasa, hərbi gücdən istifadə oluna bilər.

Bayden Rusiya Federasiyasını təhdid edib və vurğulayıb ki, rəsmi Moskva Avropa İnsan Haqları Məhkəməsinin müxalif lider Aleksey Navalnının azad olunması ilə bağlı qərarını icra etməsə, hərbi əməliyyatın keçirilməsi üçün NATO və ABŞ Avropaya kömək edə bilər.
“Belə bir ssenari üçün BMT-nin hər hansısa icazəsi tələb olunmayacaq, çünki söhbət bir insanın həyatını xilas etməkdən gedir. Biz bunu Afrikada da tətbiq etmişdik. Girovların xilas edilməsi üzrə böyük təcrübəmiz var. O ölkələrdə ki, müdafiə və təhlükəsizlik sistemi yalnız korrupsiya sxemlərinin ört-basdır edilməsindən ötrü təşkil olunur, bilin ki, xüsusi təyinatlılarımızın o ölkələrə girməsi maneəsiz həyata keçəcəkdir. Buna söz verirəm", - deyə Bayden vurğulayıb.
Baydenin bu bəyanatı o deməkdir ki, dünya ölkələrinin həyatında yeni dönəm başlayır. Bu günə qədər ABŞ demokratiya adı altında girib müharibələrlə çıxdığı ölkələrə indi müharibələrlə girib, demokratiya ilə çıxacaq?!
Baydenin gəlişi ilə çox yaxın zamanda dünya siyasətində ciddi təlatümlər başlayacağı gözlənilən idi. Biz Qəddafiyə görə Liviyanın, Səddam Hüseynə görə İraqın, Ben Ladenə görə Əfqanıstanın qan gölündə boğulduğunu gördük. İndi Navalnıya görə Rusiyanı eyni son gözləyirmi?
Bayden ABŞ prezidenti seçildikdən sonra korrupsiyalaşmış avtoritar rejimlərə qarşı amansız mübarizə aparacağını, bu mənada heç kimi bağışlamayacağını israrla bildirib. MDB məkanında və regionda korrupsiyalaşmış, avtoritar, diktatura rejimlərinə Putin himayədarlıq edir. Bir çox siyasətçilər hesab edirlər ki, Rusiyanın sonu gəlməkdədir. Putin hər nə qədər özünü güclü göstərməyə çalışsa da, Rusiyanın korrupsiyalaşmış, sönük iqtisadiyyatı daha ayaqda qalmaq gücündə deyil. Elə buna görə də yaralı” ayı” sağa sola vurnuxaraq yem axtarır, ölməmək üçün əlalıtılar toplayır. Baydenin birbaşa təhdidi isə bu proqnozların hərbi yolla gerçəkləşəcəyini düşünməyə əsas verir.
Ağ Ev dünyada korrupsiyalaşımış rejimlərlə müharibəyə Rusiyadan başlamaq ehtimalını dilə gətirib.
Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra olunmaması variantında hərbi gücdən istifadəyə presedent yaratmaq cəhdi, Avropa hərbi müttəfiqlərinə müraciət edib istənilən “sözəbaxmaz” dövləti cəzalandıra bilmək haqqı yeni şərait və şərtlər yaradır. Bu Rusiya ilə yanaşı regiondakı türk dövlətlərinə, o cümlədən korrupsiyalaşımış məmur- oliqarx sistemləri ilə mübarizə elan edilmiş Azərbaycana da şamil edilə bilər. Üstəlik Bayden bizə isti münasibətlərinin olmadığını da ilk gündən hiss etdirmişdi.
Dünyada gücdən və dəyərdən düşmüş beynəlxalq hüquq normaları yenidənmi yazılacaq, yeni qaydalarmı qoyulacaq? İndi bu sual yaranıb.
Bayden birbaşa korrupsiyalaşmış dövlət məmurlarının ABŞ-dakı (həm də yəqin ki, Avropadakı) mülklərinə, varidatlarına əl qoyulacağına açıq mətnlə işarə etdi. Elə ilk nitqində “ABŞ daha Rusiyanın təcavüzkar ritorikasına qarşı susmayacaq!” demiş Bayden indi də bəyan edib ki, RF müdafiə nazirinin və onun yaxın qohumlarının Avropadakı müklərinə, pul vəsaitlərinə sanksiyalar tətbiq edilə və əl qoyula bilər.
Bayden seçkiqabağı vədlərinə xilaf çıxmadığını, demokratik prinsiplər və qanunun aliliyi ilə əlaqədar beynəlxalq miqyasda qarşıya qoyulmuş planları bir-bir icra etməyə başladığını göstərib. İlk hədəf ən böyük düşməni Rusiyadır.
Tramp dövründə heç bir dövlətlə müharibə etməmiş mülayim ABŞ tarixə qovuşdu, o əs simasıyla geri döndü. Necə deyərlər “kral öldü, yaşasın kral”.
İlhamə Rəsulova
Tarix: 19-02-2021, 23:05
Xəbəri paylaş



Xəbər lenti