İraqda antiterror əməliyyatı - 13 Türkiyə vətəndaşı şəhid oldu


İraqda antiterror əməliyyatı


Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Gara bölgəsində davam edən “Pençe Kartal-2” antiterror əməliyyatı nəticəsində 48 terrorçu zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib.  
“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, PKK-nın törətdiyi terror aktı nəticəsində Türkiyənin 13 mülki vətəndaşı şəhid olub.
Qeyd edək ki, bununla əlaqədar olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş ölkəyə başsağılğı verib.
Tarix: 14-02-2021, 11:33
Xəbəri paylaş



Xəbər lenti