BMT Yəməndə 2 milyondan çox uşağın aclıq təhlükəsi ilə üz-üzə qalması barədə xəbərdarlıq edib



2021-ci ildə Yəməndə 2,3 milyon uşağın aclıqdan əziyyət çəkəcəyi gözlənilir, 3,4 milyard dollarlıq humanitar yardım planının yalnız 1,9 milyard dolları maliyyələşdirilib.
Neqativ.com xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“Yeni bir hesabatda deyilir ki, beş yaşınadək təxminən 2,3 milyon uşağın bu il ağır qida problemi ilə üz-üzə qalacaqları ehtimal olunur. Onlardan 400 mininin aclıqdan əziyyət çəkəcəyi proqnozlaşdırılır və təcili müalicə olunmayacaqları halda ölə bilərlər”, - deyə Düjarrik brifinqdə səsləndirib.
Onun sözlərinə görə, hesabat BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı, UNICEF, Dünya Qida Proqramı və ÜST tərəfindən birgə hazırlanıb. Düjarrikin qeyd etdiyinə görə, BMT strukturları bunun 2015-ci ildə Yəməndə münaqişənin artmasından bəri yaşanan ən yüksək səviyyədə qida çatışmazlığı problemi olması barədə xəbərdarlıq edir.APA
Tarix: 13-02-2021, 09:26
Xəbəri paylaş



Xəbər lenti