TÜRKİYƏYƏ QARŞI "YEDDİLƏR"İN FORUMU - Ərəblərin iştirakı ilə anti-türk alyansı yaradılır



Türkiyə fevralın 11-də Afinada Yunanıstanın, Misirin, Səudiyyə Ərəbistanının, Bəhreynin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iştirakı ilə keçirilmiş forumu pisləyib və bu tədbiri «anti-türk alyansı» adlandırıb.
Türkiyə Xarici İşlər Nazirliyinin cümə axşamı yayılan bəyanatında deyilir ki, «Yunanıstanın Xarici İşlər nazirinin Afina görüşündəki ittihamedici və şərləyici fikirləri onu göstərir ki, bu layihə dostluq məqsədləri güdmür». Bu barədə «Daily Sabah» qəzeti xəbər verib.
Rəsmi Ankara həm də göstərib ki, keçirilən forum Türkiyəyə qarşı «düşməncəsinə köklənib», o zaman ki, Türkiyə Şərqi Aralıq dənizi üzrə beynəlxalq konfrans çərçivəsində gerçək əməkdaşlığa çağırır.
«Yunanıstanın və yunan Kiprinin hərəkətləri Türkiyə və Avropa İttifaqı arasında münasibətlərin pozitiv gündəliyinin ləkələnməsinə yönəlib və sülhə və bölgədə təhlükəsizliyə təhdid yaradır» - Türkiyə XİN-də əlavə ediblər.
Fars körfəzinin bəzi ölkələrinin Xarici İşlər nazirləri və yüksək çinli rəsmi şəxsləri Afinada görüşüblər, nədən ki, Yunanıstan Türkiyənin şəxsində öz ənənəvi bölgəsel rəqibinə qarşı durmaq üçün alyansları genişləndirməyə can atır («Daily Sabah»).
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis forumda bəyan edib ki, yeddi ölkə - tədbir iştirakçıları mütəmadi təmasları saxlamağı və dövri olaraq, belə çoxtərəfli görüşlər keçirməyi planlayır.
«Yunanıstan üçün belə əməkdaşlıq aramaq təbiidir. Bizim daha geniş ətrafımızda çoxölçülü problemlər bunu qaçılmaz edir» - Yunanıstanın Baş naziri forum işə başlayarkən bildirib.
Xatırladaq ki, Fransanın çətiri altında Böyük Yaxın Şərqdə Türkiyə ilə tarixən mürəkkəb münasibətləri olan ölkələrin alyansı formalaşdırılır. Həmin qeyri-rəsmi koalisiyaya Qərbi Avropanın böyük dövlətlərindən əlavə, Yunanıstan, Kipr, Ermənistan, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri daxildir.Azpolitika
Tarix: 13-02-2021, 09:20
Xəbəri paylaş



Xəbər lenti