10 min erməni əsgərinə fərariliyə görə cinayət işi qaldırıldı




10 min erməni əsgərinə fərariliyə görə cinayət işi qaldırıldı
Ermənistanın hüquq-mühafizə orqanları, xüsusən də ibtidai istintaq orqanları ciddi problemlə üzləşib. 10.000-dən çox insana fərarilik, döyüş mövqelərini tərk etmək və döyüş sahəsindən qaçmaq ittihamları ilə cinayət işi qaldırılıb.
 
Moderator.az bildirir ki, bu barədə "Joxovurd" qəzeti yazıb.
 
Buna görə də, bu günlərdə ibtidai istintaq orqanları müharibə dövründə döyüş mövqelərini tərk edən və ya qaçan insanları dindirmək üçün çağırırlar və insanlar hazırlıqlı halda müharibəyə getdiklərini qeyd edərək ifadə verirlər, ancaq göydən alov yağırsa, dostları gözlərinin önündə külə dönürlərsə nə edə bilərdilər? “Başqa seçimimiz yox idi, xilas olmaq üçün qaçmalı idik. Biz nə etməliydik? Ölməliydik? "
 
 
Bu ifadələri dinləyən müstəntiqlər nə edəcəklərini, bu məsələyə hansı qanuni qərar verəcəyini bilmirlər. “Joxovurd” qəzetinin yazdığına görə, 10 mindən çox insana qarşı cinayət işləri başlanılıb və onların hərəkətləri ilə bağlı hansı qərar veriləcəyi hələlik bəlli deyil.
 
 
Qəzet qeyd edir ki, dünən parlamentdə Ermənistan Baş naziri Nikol Paşinyan “Maariflənmiş Ermənistan”  fraksiyasının lideri Edmond Marukyanın sualını cavablandırarkən, 44 günlük müharibə ilə əlaqədar 10 mindən çox cinayət işinin başladıldığını bildirdi.

Tarix: 12-02-2021, 08:23
Xəbəri paylaş



Xəbər lenti