Belarus Prezidenti Aleksandr Lukaşenko 6-cı Ümumbelarus Xalq Yığıncağındakı çıxışında maraqlı fikirlər səsləndirib.“AzPolitika.info” xəbər verir ki, bir çox dünya KİV-lərinin yer verdiyi çıxışında Belarus rəhbəri növbəti dəfə Qərb dövlətlərini demokratiya adı altında dünya ölkələrini istismar etməkdə, onların daxili işlərinə qarışmaqda günahlandırıb.
Lukaşenko deyib ki, 2020-ci il çox çətin keçib və koronavirus pandemiyası Qərbin əsl sifətini ortaya çıxarıb: “Açıq demək olar: dünya dəli olub. Ötən il bütün bəşəriyyət üçün çətin keçib. Əvəzində biz gördük ki, inkişaf etmiş böyük və kiçik dövlətlər bir andaca qlobal inkişaf ideyasından milli özünüqoruma strategiyasına keçdilər.”
Prezident xatırladıb ki, yaxın keçmişdə ABŞ və Avropa Birliyi ölkələri Belarusa və digər ölkələrə qlobalizm ideyasını sırıyırdılar: “Ancaq pandemiya meydana çıxan kimi, hamısı büzüşdülər, qapandılar. Və dostlarına, qonşularına tüpürdülər. Hamısı sərhədlərini bağladılar. Bəs, hanı bu qlobalizm? Odur ki, demokratiya, qlobalizm və sair barədə deyilənlərə inanmayın. Bunlar dünyada insanların beynini xarab etmək üçündür. Bunu bir neçə ölkə dünyaya hakim olmaq üçün edir. Və onlar vəziyyət dəyişən kimi, həmin anda siyasətlərini dəyişirlər. Belə də oldu.”
Neqativ.com
Tarix: 12-02-2021, 07:57