Sərhəd-keçid məntəqəsində 1000-dək avtomobil dayanıb Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars avtomobil yolu bağlanıb. AYNA xəbər verir ki, yolun bağlanmasına güclü qar, yolların buz bağlaması və qar uçqunu səbəb olub.
Qeyd edilir ki, yolda qalan avtomobil sahiblərinə yardım göstərilir, qar altında qalan avtomobillər və sürücülər təhlükəsiz əraziyə aparılır.
Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 1000-dək avtomobil dayandığı vurğulanır. Onların 600-dən çoxu yük maşınıdır.
Qeyd edək ki, Yuxarı Lars yolu Gürcüstan ilə Rusiya arasında yeganə quru yoludur.
Tarix: 8-02-2021, 14:30