Almaniya müdafiə xərclərini rekord həddə çatdırdı


Almaniya hökuməti bu il müdafiə xərclərini rekord - 53,03 milyard avroya çatdırmaq niyyətindədir ki, bu da keçən ildəkindən 3,2% çoxdur. Bu barədə “DPA” agentliyi Almaniyanın NATO-ya təqdim etdiyi sənədə istinadən xəbər verib.
“NATO ümid edir ki, Almaniya kimi ölkələr tərəfindən xərclərin artırılması, ittifaqın yükünün ədalətli bölüşdürülməsini tələb edən ABŞ-la fikir ayrılıqlarının həllinə kömək edəcək”-deyə, nəşr bildirib.
Qeyd edək ki, 2020-ci ildə Almaniyanın müdafiə xərcləri 51,39 milyard avro olub. Bu, ÜDM-nin 1,57% -ni təşkil edib.
Tarix: 7-02-2021, 22:40
Xəbəri paylaş



Xəbər lenti