ABŞ səfiri Ter-Petrosyanın malikanəsinə gəldi – 1 saat nədən danışıldı?...

ABŞ  səfiri Ter-Petrosyanın malikanəsinə gəldi – 1 saat nədən danışıldı?...
Ermənistanın ilk prezidenti, Milli Konqresin lideri  Levon Ter-Petrosyan öz şəxsi malikanəsində Amerika Birləşmiş Ştatlarının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi ilə görüşüb. 
Moderator.az xəbər verir ki, “Armenpress”-in yaydığı məlumata görə, bu barədə Ermənistanın birinci prezidentinin mətbuat katibi Arman Musinyan öz “Facebook” səhifəsində yazıb.
“Bir saatdan çox davam edən söhbət zamanı Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı bir sıra məsələlər müzakirə edilib. Beynəlxalq ictimaiyyətdən və xüsusən də ABŞ-dan göstərilən və gözlənilən humanitar yardımın əhəmiyyəti vurğulanıb. Hərbi əsirlərin dərhal geri qaytarılması, Qarabağ və Ermənistan əhalisinin, müharibə qurbanları ailələrinin, yaralıların və əlillərin sosial ehtiyaclarının təmin edilməsi təcili bir vəzifə kimi ifadə edilib”- məlumatda belə deyilir.
İclasda ABŞ səfirliyinin siyasi və iqtisadi şöbəsi rəhbərinin müavini Kimberli Zapfel və Ermənistan Milli Konqresi sədrinin müavini Levon Zurabyan da iştirak edib.
Tarix: 5-02-2021, 23:01
Xəbəri paylaş



Xəbər lenti