Rusiyada müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyalarına pauza verilib.Belə ki, Navalnının qərargahlarının şəbəkəsinin rəhbəri Leonid Volkov bu açıqlama ilə çıxış edib. Bildirib ki, aksiyaların yaza qədər təxirə salınması barədə qərar qəbul olunub.
Onun sözlərinə görə, hər həftə aksiyaların davam etməsi minlərlə insanın həbsi ilə nəticələnir. Təkcə ötən bazar günü keçirilən aksiyalarda 5 mindən çox insan saxlanılıb. Ümumilikdə isə saxlanılanların sayı 11 mindən artıqdır.
"Navalnı da bunu xahiş edir ki, aksiyalara yaza qədər pauza verilsin. Etiraz dalğası yüksək nöqtədə başa çatmalıdır".Volkov onu da qeyd edib ki, Navalnının komandası onun azadlığa buraxılmasına nail olacaq və bu zaman xarici siyasət metodlarından istifadə olunacaq:
"Aksiyalar gələcəkdə də davam edəcək, ancaq buna yaxşı hazırlaşmaq lazımdır. Dinc aksiyaların da müxtəlif formaları var".Cebhe.info
Tarix: 5-02-2021, 13:46