Türkiyə pilotsuz uçan aparatların (PUA) işlənməsi sferasında Almaniya ilə əməkdaşlığı genişləndirməyi planlayır. Bu barədə fevralın 3-də Türkiyənin «Anadolu» dövlət informasiya agentliyi xəbər verib.Türkiyənin Müdafiə naziri Hülusi Akar ötən çərşənbə axşamı hərbi əməkdaşlıq məsələlərini almaniyalı həmkarı Anneqret Kramp-Karrenbauerlə Berlində müzakirə edib.
Türkiyəli nazir xatırladıb ki, Ankara Almaniya Federativ Respublikası (AFR) şirkətləri ilə müxtəlif növlü silahların, hərbi texnikanın və müdafə təyinatlı avadanlıqların tədarükü məsələləri üzrə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, iki ölkə pilotsuz uçuş aparatlarının işlənməsi üzrə qarşılıqlı fəaliyyəti genişləndirməyi planlaşdırır.
Bu zaman Akar pilotsuz uçuş aparatlarının istehsalı sferasında Türkiyənin uğurlarını xatırladıb. Nazir bildirib ki, Türkiyədə istehsal olunan «Bayraktar TB2» dronları Qarabağda Azərbaycanın Ermənistana qəlib gəlməsindən sonra, bölgədə hərbi balansı sürətlə dəyişir.Xəbər verildiyi kimi, Britaniyanın «The Guardian» qəzetinin «Azərbayanın hərbi uğurundan sonra Britaniya yeni dronlar istəyir» başlığı altında dərc etdiyi materialda «Bayraktar» dronlarından söhbət açılıb. Material dekabrın 20-də dərc olunub.
AzPolitika.info
Tarix: 4-02-2021, 09:08