Türkiyə-Britaniya aviadaşıyıcı sövdələşməsi - Qardaş ölkə hərbi-dəniz gücünü artırır



Ötən il Türkiyə hökuməti təzə və ya istismarda olmuş aviadaşıyıcının alınması ilə bağlı Böyük Britaniya ilə məsləhətləşmələr aparıb, ancaq danışıqlar uğurla nəticələnməyib. Özəl mənbələrinə istinadla, bu barədə «Middle East Eye» portalı (mənzil-qərargahı Londondadır) xəbər verib.
«Sovdə ilə tanış olan iki nəfər bildirib ki, Türkiyə hökuməti «Queen Elizabeth» sinfindən olan təzə və ya istismardan çıxarılmış aviadaşıyıcı istəyib, amma Britaniyanın rəsmi şəxsləri bu xahişi rədd ediblər» - deyə, portal fevralın 2-də xəbər verib.
Təsdiqlənir ki, britaniyalılar yeni aviadaşıyıcının layihəsini təklif ediblər və onun Türkiyədə tikintisinə texniki dəstək verməyi boyun olublar. Ancaq Boris Conson hökuməti ilə məsləhətləşmədən sonra Türkiyə satın almaq yox, özü gəmi tikmək qərarına gəlib.
Türkiyə «TC Anadolu» adlanan yüngül aviadaşıyıcı tikir. Gəminin konstruksiyası İspaniyanın çoxməqsədli desant gəmisinə (SPS Juan Carlos I) əsaslanır. Gözlənilir ki, artıq bu il TCG Anadolu ilk sınaqlardan keçiriləcək. Döyüş gəmisinin qısa qalxma sistemli və vertikal enişli təyyarələrin (F-35 qırıcıları kimi) qəbulu imkanları ilə təchiz olunacağı gözlənilir. Amma 2019-cu ildə Türkiyənin F-35 proqramından kənarlaşdırılmasından sonra, bu gəminin hansısa hərbi təyyarə qəbul edə biləcəyi məsələsi qaranlıq qalır.
Böyük Britaniya Ticarət Nazirliyinin nümayəndəsi bu faktı nə təsdiqləyib, nə də inkar edib.
«NATO üzrə yaxın müttəfiq olan Britaniya və Türkiyə müdafiə sahəsində uzunömürlü və möhkəm ikitərəfli münasibətlərə malikdirlər. Bu münasibətlər əməkdaşlıq və qarşılıqlı fəaliyyətə əsaslanır. Böyük Britaniya və Türkiyə müdafiə və təhlükəsizliklə bağlı bir sıra məsələləri müntəzəm olaraq, müzakirə edirlər. Biz, bu müzakirələrin detallarını şərh etmirik» - deyə, məmur portalın sorğusuna yazılı cavab verib.
Xəbər verildiyi kimi, yanvarın 23-də Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə sərbəst şəkildə özünün döyüş gəmilərini layihələndirə, tikə və onlara xidmət göstərə bilən 10 ölkədən biridir. «Biz, özümüzün hərbi-dəniz gücümüzü 5 il əzində 5 nəhəng layihənin köməyi ilə möhkəmlədəcəyik» - dövlət başçısı «İstanbul» freqatının suya buraxılmasına həsr olunmuş mərasimdəki çıxışında bildirib. Bu zaman Ərdoğan yeni sualtı və suüstü gəmilərin tikintisi və artıq mövcud olanların modernləşdirilməsi istiqamətində Türkiyə hərbi-sənaye kompleksinin əhəmiyyətli nailiyyətlərinə işarə edib.
Onun sözlərinə görə, Türkiyənin öz gücü ilə layihələndirəcəyi aviadaşıyıcı Ankaranı hərbi-dəniz sahəsində «ali liqaya» qaldıracaq.AzPolitika.info
Tarix: 4-02-2021, 09:02
Xəbəri paylaş



Xəbər lenti