İtaliyanın Sardiniya bölgəsində koronavirusa yoluxmaq və dərman müalicəsi tələb etmək yasaqlanıb. Bununla bağlı əyalətin Oniferi şəhərinin bələdiyyə başçısı Stefania Piras məlumat yayıb. Bələdiyyə sədri həkim çatışmazlığı səbəbindən yoluxmanın qadağan edilməsinə dair təlimat yayımlayıb.
Qeyd edək ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, gün ərzində 7 min 925 nəfər koronavirusa yoluxub. Hazırda ölkədə koronavirusa görə müalicə alanların sayı 447 min 598-dir. Bu gün 13 min 975 nəfər virusdan sağalıb, 329 nəfər həyatını itirib.
Tarix: 3-02-2021, 23:47