Aİ ölkələri əlavə olaraq 14 gün karantin və COVID-19 testi istəyə biləcəklər Avropa İttifaqı xaricindən həyata keçirilən məcburi və ya könüllü bütün səyahətlərdə ən çox 72 saat əvvəl verilmiş mənfi nəticəli koronavirus testi tələb olunacaq.
AYNA-nın məlumatına görə, Aİ üzvü olan ölkələr üçüncü dövlətlərdən gerçəkləşdirilən bütün səyahətlərdə test tələb edilməsini qərarlaşdırıb.
Bildirilib ki, üzv ölkələr koronavirus pandemiyası ilə mübarizə üçün səyahətlərdəki məhdudiyyətlər mövzusunda yeni bir tövsiyə barədə razılığa gəliblər.
Nəqliyyat və sərhəd xidməti əməkdaşları bu tələbdə istisna təşkil edir. Bu şəxslər sürətli nəticə verən antigen testi verəcəklər.
Bundan başqa, Aİ ölkələri əlavə olaraq 14 gün karantin və COVID-19 testi istəyə biləcəklər. Bu tələblər ən çox koronavirusun yeni ştammlarının müşahidə olunduğu ölkələrdən gələnlərə şamil olunacaq.
Tarix: 3-02-2021, 09:40