Qərb ölkələri Rusiyanı Navalnını azad etməyə ÇAĞIRDI


Qərb ölkələri Rusiyanı Navalnını azad etməyəÇAĞIRDI


“ABŞ Aleksey Navalnıya həbs cəzası verilməsindən ciddi narahatdır və Rusiya hökumətini onu azad etməyə çağırır”.
Neqativ.com “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.
Onun sözlərinə görə, Navalnı da istənilən Rusiya vətəndaşı kimi Konstitusiya ilə təmin edilmiş hüquqlara malikdir:
“Rusiya da öz növbəsində qanun qarşısında bərabərliyə və özünü ifadə etmək və dinc toplaşmaq hüququna hörmət etməklə bağlı beynəlxalq öhdəliklərə sahibdir. Biz bir daha Rusiya hökumətini Navalnını dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq”.
Blinken əlavə edib ki, Navalnı ilə bağlı məhkəmə onun hüquqlarını pozub və “siyasi plüralizmi boğub”.
ABŞ-ın ardınca Böyük Britaniya da A.Navalnının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.
Son məlumata görə, Fransa prezidenti Emmanuel Makron və Almaniya Xarici İşlər Nazirliyi də Navalnının azadlığa buraxılmasını tələb edib.
Tarix: 3-02-2021, 09:28
Xəbəri paylaş



Xəbər lenti