“BioNTech” və “Pfizer” vaksinindən əldə olunacaq gəlir açıqlandı


“BioNTech” və “Pfizer” vaksinindən əldə olunacaq gəlir açıqlandı


ABŞ-ın dərman nəhəngi “Pfizer” Almaniyanın “BioNTech” firması ilə birlikdə istehsal etdikləri koronavirus vaksinindən 15 milyard dollarlıq dövriyyə gözlədiklərini açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, “Pfizer” bu barədə 2020-ci ilin son rübü ilə bağlı hesabatında məlumat verib.
Şirkət rəhbərləri bildiriblər ki, 2021-ci ildə təkcə koronavirus vaksini satışlarından dövriyyəni 25-30 faiz artırmağı hədəfləyirlər. Bununla da firmaya əlavə olaraq 15 milyard dollar gəlir gələcək.
Bundan başqa, vurğulanıb ki, pandemiya səbəbindən dünya əczaçılıq tarixinin ən böyük peyvənd satışı və gəliri əldə ediləcək. Bununla illik maliyyə dövriyyəsi 60 milyard dollara çatacaq.
Tarix: 2-02-2021, 22:55
Xəbəri paylaş



Xəbər lenti