Rusiya müxalifətinin lideri Aleksey Navalnının komandası bütün xalqı küçələrə çıxmağa və Moskvanın "Manejnaya" meydanına doğru hərəkət etməyə çağırıb.
Modern.az teleqram kanallarına istinadla xəbər verir ki, hazırda Navalnı tərəfdarları Moskvadakı mərkəzi meydanlara doğru axın edir. "OMON" polisləri mərkəzi küçələrə yeridilir.
Məlumata görə, mərkəzi küçələr polis tərəfindən dəmir barrikadalar ilə bağlanılır.
Kreml binası yaxınlığında yerləşən "Manejnaya" meydanına zirehli polis dəstələri yeridilir.
Qeyd edək ki, Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin (FPX) müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar qəbul edib. Belə ki, onun barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
Tarix: 2-02-2021, 22:53