Paşinyanın arvadı hədələndi: “Hara getsən, bilməlisən ki...”


Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanı Los-Anceles hava limanında qəzəbli həmvətənləri onu və ərini xəyanətdə günahlandıran plakatlarla qarşılayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-dakı erməni diasporunun nümayəndəsi Robert Marqaryan məlumat verib.
“Sputnik Ermənistan” Akopyanın ad günündə ABŞ-a hansı məqsədlə getdiyini öyrənməyə çalışsa da, hər iki köməkçisi Ester Saakyan və Alina Karapetyan zənglərə cavab verməyib.
“Ali xainin arvadı”, - Akopyanı hava limanında bu şüarın yazıldığı afişa ilə qarşıladılar. Başını aşağı salıb, qızarmış vəziyyətdə insanların qabağına çıxdı. Bilməlidirlər ki, hara getsələr də insanlar onları bu şüarlarla gözləyəcəklər”, - Marqaryan bildirib.
Marqaryan Los-Ancelesdə yaşayan erməniləri Akopyan və Paşinyana qarşı daha sərt tədbirlər görməyə çağırıb: “Əllərində müharibədə ölənlərin, əlillər və hər şeyi itirənlərin qanı olduğuna inanırıq”.
Bundan əvvəl Teleqram kanallarında Akopyanın və qızı Şuşanın mühafizəçilərinin müşayiəti ilə hava limanından necə çıxdığını göstərən bir video yayılmışdı.
Eyni zamanda, Daşnaksütyun Komitəsi Anna Akopyanın ABŞ-a səfərini kəskin tənqid edən bir açıqlama verib. Açıqlamada onun Baş nazir Paşinyanın uğursuz diplomatiyasının, düşmənlə münasibətlərdə qorxaq davranışının, müxalifətə qarşı repressiv qərarlarının və cəmiyyətdəki parçalanmanın nümayəndəsi olduğu vurğulanıb.
Bundan əvvəl Akopyanın Moskvaya xüsusi səfəri olmuşdu. Sonra o, iki qızı - Mariam və Şuşan çox sayda cangüdənin müşayiəti ilə Los-Ancelesə yola düşüb.
Tarix: 2-02-2021, 14:23
Xəbəri paylaş



Xəbər lenti