Bu ölkəyə qarşı sanksiyalar yenidən bərpa oluna bilər - Co Bayden


Bu ölkəyə qarşı sanksiyalar yenidən bərpa oluna bilər -Co Bayden


Myanmadakı hərbi çevrilişin ardından bu ölkəyə demokratik keçid prosesində ləğv edilən sanksiyalar yenidən bərpa oluna bilər.
Unikal.org xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Myanmada Aunq San Su Çi və digər mülki səlahiyyətlilərin saxlanılması, milli hərbi vəziyyət elan edilməsi Myanmanın demokratiyaya keçidinə və hüququn üstünlüyünə birbaşa hücumdur”, - C.Bayden əlavə edib.
“Təxminən 10 ildir Myanma xalqı seçki, mülki idarəetmə və hökumətin sülh yolu ilə təhvil verilməsi üçün mübarizə aparır. Bu prosesə hörmət edilməlidir. ABŞ bu çətin zamanlarında Myanma xalqı ilə bir olanları qeydə alır”, - Bayden vurğulayıb.
ABŞ prezidenti qeyd edib ki, bölgədəki və dünyadakı tərəfdaşları ilə Myanmada demokratiya və hüququn üstünlüyünün yenidən təmin olunması, ölkənin demokratik keçid prosesini tərsinə çevirənlərdən bunun hesabı soruşulacaq:
“ABŞ demokratiya prosesinə görə son illər Myanmaya tətbiq olunan sanksiyaları ləğv etmişdi. Bu prosesin tərsinə çevrilməsi bizim sanksiya qanun və hüquqlarımızı təkrar gözdən keçirməyimizi və ardından lazımi istiqamətdə fəaliyyətimizi təmin etmək zərurətini ortaya qoyacaq”.
Tarix: 2-02-2021, 08:41
Xəbəri paylaş



Xəbər lenti