Bu ölkə karantinin tədricən ləğvinə başlayır


Bu ölkə karantinin tədricən ləğvinə başlayır
Turizm, idman, mədəniyyət və ictimai iaşə müəssisələri ilə bağlı qadağalar isə fevralda qüvvədə qalacaq
 
Avstriya fevralın 8-dən etibarən koronavirusla bağlı məhdudiyyətləri tədricən ləğv etməyə başlayacaq.
 
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin kansleri Sebastyan Kurts bildirib. Onun sözlərinə görə, 8 fevraldan etibarən ticarət mərkəzləri, muzeylər, zooparklar maska məcburiyyəti və sosial məsafə tələbi ilə açılacaq. Həmçinin məktəblər və gözəllik salonları da fəaliyyətə başlayacaq. Ancaq salonlara gələn müştərilər qabaqcadan koronavirus testi verməli olacaqlar.
 Turizm, idman, mədəniyyət və ictimai iaşə müəssisələri ilə bağlı qadağalar isə fevralda qüvvədə qalacaq. Onların martdan etibarən ləğvinə fevralın 15-də qərar veriləcək.
 
Kurts, həmçinin, bildirib ki, koronavirusa yoluxma halı artarsa, məhdudiyyətlər yendiən bərpa olunacaq.
Tarix: 2-02-2021, 08:17
Xəbəri paylaş



Xəbər lenti