Bon: “Bu sanksiyaların yetərli olmadığı aydındır” Fransa Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları kifayət qədər sərt saymır. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa Məsələləri üzrə Dövlət Katibi Klement Bon bildirib.
Onun sözlərinə görə, onsuz da Rusiya Federasiyasına qarşı sanksiyalar var: “Lakin bunun yetərli olmadığı aydındır”.
Bon deyib ki, “Şimal Axını – 2” qaz kəmərinin inşasının dayandırılması Rusiyaya qarşı məhdudiyyətlər üçün variantlardan biridir: “Amma layihə ilə bağlı qərarı Almaniya verməlidir”.
Qeyd edək ki, Avropa Birliyinə Rusiyanın müxalifət lideri Aleksey Navalnının tutulması səbəbiylə “Şimal Axını – 2” qaz kəməri layihəsinin inşasının dərhal dayandırılmasına çağırış edilib. Lakin Almaniya layihəni Aleksey Navalnının işi ilə əlaqələndirməkdən imtina etdi. Almaniya hökumətinin sözçüsü Steffen Seibert Almaniya Kansleri Angela Merkelin qaz kəməri layihəsini sırf iqtisadi hesab etdiyini və bu mövzuda mövqeyinin dəyişməz olduğunu söyləyib.
Tarix: 1-02-2021, 20:54