Rusiya Hava Qüvvələrinə aid Su-27 təyyarəsi bir kəşfiyyat təyyarəsini tutmaq üçün şənbə günü Qara dəniz üzərində hərəkətə keçib. Ovqat.com xəbər verir ki, Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin bildirdiyinə görə, 28 Noyabrda Rusiyanın obyektiv hava məkanına nəzarət vasitələri, Qara dəniz üzərindəki səmada Qara dəniz üzərindəki göydə Rusiya dövlət sərhədinə yaxınlaşan bir hava hədəfi aşkar edib.
“Hava hədəfini müəyyənləşdirmək və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün Cənubi Hərbi Dairənin hava hücumundan müdafiə qüvvələrindən Su-27 qırıcısı havaya qaldırılıb. Rus döyüş təyyarəsinin ekipajı hava hədəfini ABŞ Hava Qüvvələrinin strateji kəşfiyyat təyyarəsi RC-135 olduğunu müəyyənləşdirib və onu Qara dənizin üstündə müşayiət etdi”,-məlumatda belə deyilir.
Bildirildiyinə görə, Amerika təyyarəsi Rusiya hava sərhədlərindən uzaqlaşdıqdan sonra rus qırıcısı da bazaya qayıdıb: “Su-27 təyyarəsinin uçuşu beynəlxalq hava məkanından istifadə qaydalara tam uyğun olaraq həyata keçirilib”.
Qeyd edək ki, NATO qüvvələrinə aid təyyarələrin Rusiya hava sahəsini dəlmək cəhdləri son zamanlar intensivləşib. Oktyabr ayının sonlarında Fransa Hərbi Hava Qüvvələrinin iki Mirage-2000 qırıcı-bombardmançı eyni cəhdlərdə bulunmuşdu. Bundan əvvəl isə Rusiya MiG-31 və Su-35 qırıcıları ABŞ Hava Qüvvələrinin iki B-1B strateji bombardmançı təyyarəsini Berinq dənizi üzərində “yaxalamışdılar”.
Tarix: 28-11-2020, 22:07