Barak Ravid“Axios”, 28.11.2020 İranın hərbi nüvə proqramının memarı Möhsün Fəxrizadənin öldürülməsi Tramp administrasiyası və Netanyahu hökumətinin İrana qarşı yürütdüyü maksimum təzyiq kampaniyasında yeni bir zirvədir.Mahiyyət: bu, İranın nüvə arxivlərinin “Mossad” tərəfindən ələ keçirilməsini və Nətənzdəki inkişaf etmiş santrifuqa müəssisəsindəki təxribatı üstələyir.
İsrail sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürməyib, lakin “New York Times” qəzeti Fəxrizadəni öldürən şəxslərin İsrail casusları olduğunu bildirib.
İran sui-qəsddə İsraili günahlandırıb və intiqam almaqla hədələyib. Lakin ABŞ-ın “Qüds” qüvvələri komandiri Qasim Süleymaninin öldürməsi üçün ABŞ-ın İraqdakı bazalarına qarşı qaçaraq intiqamdan fərqli olaraq, bu dəfə iranlılara cavab hazırlamaq üçün daha çox vaxt lazımdır.
Ümumi mənzərə: Süleymani İranın bölgədəki gizli fəaliyyətində kim idisə, fizik Fəxrizadə də İranın nüvə proqramında eyni çəkiyə malik idi. Hər ikisi eyni üsulla oyundan çıxarılıb.
İran ordusunun komandanı Məhəmməd Baqeri sui-qəsdin İranın müdafiə sahəsinə böyük zərbə vurduğunu etiraf edib.
İsrail səlahiyyətliləri bir neçə mətbuat orqanına məlumat sızdırıblar ki, Fəxrizadəsiz İranın nüvə proqramını davam etdirməsi çətin olacaq.
Digər tərəf: İranın nüvə proqramı çox böyük irəliləyiş əldə edib və bir nəfərdən asılı deyil.
Fəxrizadə xüsusi təşkilatçılıq və idarəetmə bacarıqlarına sahib idi və İranın müdafiə sənayesində üstün mövqe tuturdu, lakin İranın nüvə proqramı onun ölümündən sonra da davam edəcək.
Cümləarası: Fəxrizadənin öldürülməsi Tramp administrasiyası və Netanyahu hökumətinin İrana daha çox təzyiq göstərmək siyasəti çərçivəsində yeni seçilmiş prezident Co Baydenin vəzifəsinin icrasına başlamasına qədər qalan vaxtdan istifadə etmək səyləri kimi görünən hadisədir.
Tramp administrasiyası Baydenin İranla danışıqları yeniləməsi və 2015-ci il nüvə anlaşmasına yenidən qüvvəyə mindirməsini çətinləşdirmək niyyətini gizlətməyib. Sanksiyalar, gizli əməliyyatlar və hərbi zərbə təhdidləri bu səylərin bir hissəsidir.
Dövlət katibi Mayk Pompeo, İsrail baş naziri Netanyahu və Səudiyyə vəliəhdi Məhəmməd Bin Salman arasında ötən Bazar günü Səudiyyə Ərəbistanında keçirilən üçtərəfli görüş də İrana təzyiqi artırmaq və Bayden rəhbərliyinə mesaj göndərmək səylərinin bir hissəsi idi.
Gözləntilər: normal günlərdə belə yüksək olan İranla gərginliyin yanvarın 20-dək artacağı ehtimal olunur. Fəxrizadənin öldürülməsindən, ABŞ və İsrail tərəfindən İrana qarşı daha çox addımlardan sonra Bayden administrasiyasının Tehranla əlaqələrini çətinləşdirə biləcək daha mürəkkəb bir gerçəkliyin yaranması mümkündür.
Tərcümə: Strateq.az
Tarix: 28-11-2020, 21:51