Rusiyanın Oryol şəhərinin qəzet köşklərində nasist Almaniyasının lideri Adolf Hitlerin təsvirini əks etdirən poçt markaları aşkar edilib. Bu fakt şəhər ictimayəti arasında səs-küyə səbəb olub. Yerli jurnalistlərin araşdırmaları zamanı maraqlı detallar üzə çıxıb.Axar.az xəbər verir ki, bu barədə Oryol mediası məlumat yayıb.
Media nümayəndələri bu markaların hər birinin 290 rubla (3,8 dollar – red.) satıldığı dükanları üzə çıxarıb. Məlum olub ki, markalar Orelrospeçat MMC-də hazırlanıb.
Rusiyada nasist liderinin təbliğatının arxasında kim dayanır?
Bu sualın cavabı özünü çox gözlətməyib.
“İzah edin, niyə biz bu gün Hitleri cəmiyyətə göstərməməliyik?” – deyə Orelrospeçat MMC-nin baş direktoru Armenak Babayan iddialara reaksiya verərkən bildirib.
Markanın köşklərə kimin satdığı haqda suala isə o belə cavab verib: "Çox sayda müxtəlif tədarükçülər var, mən indi heç nə deyə bilmərəm”.
Orlov Hərbi-Tarix Muzeyinin baş elmi işçisi Valentin Çerneq bu barədə danışarkən bu sözləri deyib:
“Bizim Orlov vilayətində Sovet İttifaqının 200 yaxın qəhrəmanı var. Niyə markalarda onların şəkli yox, nasist Hitlerin şəkli yer alıb? Bu situasiya çoxlu suallar doğurur”.
Tarix: 28-11-2020, 21:35