Əlcəzair Rusiyadan 14 ədəd Su-57 hərbi təyyarəsi alacaq.Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata əsasən, tərəflər arasında cari ilin əvvəlindən davam edən danışıqlar nəticəsində tədarük müqaviləsi imzalanıb. Razılaşmaya görə, Əlcəzair daha 14 Su-57 qırıcısı ala bilər.
Qeyd edək ki, Əlcəzair Silahlı Qüvvələri hərbi texnika və avadanlığın 67%-ni Rusiyadan alır.
Tarix: 28-11-2020, 15:09