Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alındı





Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma halları qeydə alınıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.
Nazir vurğulayıb ki, bununla bağlı məlumatlar dərc olunub.
Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 2 215 533 nəfərə, koronavirusdan ölənlərin sayı isə 38 558 nəfərə çatıb. Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.
Tarix: 27-11-2020, 21:57
Xəbəri paylaş



Xəbər lenti