Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı arvadı Anna Akopyanla bağlı epizoda toxunub.Modern.az xəbər verir ki, keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan Anna Akopyanın Xankəndində ordunun mərkəzi idarəetmə məntəqəsində olduğunu söyləmişdi.
Paşinyan bu faktı təkzib etməyib.
“
Əhalinin 70%-nin tərk etdiyi şəhərdə mənim həyat yoldaşım da hardasa gizlənməli idi. O şəxsən əhaliyə su və ərzaq paylayırdı. Onun bu vətənpərvər səylərini niyə mənfi şəkildə işıqlandırmalıyıq?”-deyə Paşinyan müraciətində əlavə edib.
O, Qarabağ döyüşləri zamanı cəmiyyətə yalan xəbərlər verməsi barədə ittihamları rədd edib. Paşinyanın fikrincə, hərbi vəziyyət şəraitində əhalini panikaya salmaq qadağan idi.
Tarix: 27-11-2020, 15:26