Ekvadorda koronavirusdan ölənləri məzarlardan çıxarmağa başlayıblar





Ekvador Prokurorluğu COVID-19 epidemiyasının ən kritik günlərində həyatını itirənlərin kimliyinin müəyyənləşdirilməsi üçün işə başlayıb.
“Haber Global” məlumat verir ki, Guayaquil şəhərində koronavirus səbəbindən həyatını itirənlərin cəsədləri məzarlarından çıxarılıb.
Ekvador Prokurorluğunun sosial mediada verdiyi açıqlamada bildirilir ki, “Prokurorluq Milli Ədliyyə Tibbi Sistemin dəstəyi il COVID-19 epidemiyası zamanı həyatını itirənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün DNT nümunələri toplayır”.
İndiyə qədər 45 cəsəddən 18-nin çıxarıldığı, həyata keçirilən prosedurların bir neçə gün ərzində tamamlanacağı qeyd edilir.
Tarix: 26-11-2020, 09:43
Xəbəri paylaş



Xəbər lenti