“Mən Qarabağda olanda, Paşinyan zəng etdi ki, “qanlı çay” istəyir”- Sabiq direktor


“Mən Qarabağda olanda, Paşinyan zəng etdi ki, “qanlı çay” istəyir”- Sabiq direktor

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, Vətən Partiyasının sədri Artur Vanesyan ilginc açıqlamalarla çıxış edib. O, Baş nazir Paşinyanı xalqa qarşı zorakılıq törətmək istəyində ittiham edib.
Cebhe.info xəbər verir ki, bu barədə Aysor.am yazıb.
Məlumatda bildirilir ki, İcevanda kütləvi etirazlar başlayanda Paşinyan ona zəng edib:
"İcevanda qarışıqlıq olanda mən ora getdim. O zaman çoxları maraqlanırdı ki, MTX direktorunun orda nə işi var. Çünki orada ictimai asayiş təmin olunmalıydı, bu da MTX-nin vəzifəsi deyildi. Ancaq səbəb çox sadəydi. Mən həmin gün Qarabağda idim. Valeri Osipyan mənə zəng etdi və İcevandakı vəziyyəti çatdırdı. Sonra müavinim Eduard Martirosyan zəng vurdu, dedi ki, Baş nazir "Alfa" qrupu ilə İcevana getmək və xalqla haqq-hesab çəkmək tapşırığı verib. Mən xəbərdarlıq etdim ki, bunu etmək olmaz, bu qrupun fəaliyyətinə anti-terror əməliyyatları daxil idi”.
Vanesyan bildirib ki, bundan sonra Paşinyan özü ona zəng edib:
““Xalqla haqq-hesab çəkin” dedi, hətta "qanlı çay" görmək istədiyini bildirdi. Biz ona dedik ki, bu mümkün deyil, bunu etmək olmaz".
Vanesyan bildirib ki, İcevanda məhz onun və müavininin fəaliyyəti nəticəsində Paşinyan istədiyi "qan çay"ını ala bilməyib.
Tarix: 22-11-2020, 20:56
Xəbəri paylaş



Xəbər lenti