“Çox sadə səbəbdən müxalifətin mitinqlərində iştirak edə bilmirəm: aksiyanın başlanmasından saat yarım əvvəl məni (polisə-red) dindirməyə çağırırlar".“Report” xəbər verir ki, bu barədə “168.am”a müsahibəsində
"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyan bildirib.
"Onlar (Ermənistan hakimiyyəti - red) hər şeydən daha çox Sarukyanın xalqla görüşə biləcəyindən qorxurlar. Amma Sarukyandan qorxmaq lazım deyil. Onlar öz siyasətlərindən qorxmalıdır, Qarabağ müharibəsində biabırçı məğlubiyyətlərindən qorxmalıdır”, - müxalif siyasətçi deyib.
Qaqik Sarukyan qeyd edib ki, Ermənistan hakimiyyəti dünya ermənilərindən də çəkinməlidir.
“Qoy həlak olmuş və itkin düşən əsgərlərin valideynlərindən qorxsunlar", - o vurğulayıb.
Tarix: 21-11-2020, 09:40