"Ermənistanın müharibədə məğlub olması səriştəsiz idarəetmənin nəticəsidir. Bu xəyanətdir. Bu çətin vəziyyətdə ölkəni idarə edə bilməyəcəyinizi anladığınız zaman sadəcə xalqın qarşısında durmalı və səmimi olaraq deməlisiniz: bağışlayın, işə yaramır, mən gedirəm, qoy ağıllı insanlar gəlsin və problemi həll etsinlər. Ancaq ən əsası, müharibə necə başladı? Mən dəfələrlə demişəm ki, Paşinyan səriştəsiz idarəçiliyi ilə bizi müharibəyə aparır"."AzPolitika.info" xəbər verir ki, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, "Rodina" partiyasının rəhbəri
Artur Vanetsyan yerli telekanalların birinə müsahibəsində deyib.
Partiya sədri qeyd edib ki, Qarabağ məsələsi danışıqlar prosesi çərçivəsində diplomatik yollarla həll oluna bilərdi, amma Nikol Paşinyan hər addımı ilə ölkəni müharibəyə aparıb:
"Parlamentdə bu barədə soruşduqda, istehza ilə "İstədiyim şey ətrafında danışıqlar aparıram" dedi. Amma biz Qarabağın 100 faiz təslim olmasını gördük. Müharibədən isə 10 min kvadrat kilometr ərazi itkisi, 5 min ölü və dağılmış iqtisadiyyat qaldı".
Tarix: 20-11-2020, 15:20