Avropa və Asiyada ən güclü silahlı qüvvələrə malik olan Türkiyə öz hərbi-sənaye bazasını tanklar, raketlər və yerli istehsal məhsulu olan pilotsuz uçaqlar hesabına gücləndirməklə məşğuldur, bununla eyni vaxtda xarici müdafiə profilli podratçılarla da əlaqələrini genişləndirir.Bu barədə Amerikanın «National İnterest» jurnalında dərc olunmuş «Türkiyə ordusu nə dərəcədə təhlükəlidir?» başlıqlı məqalədə hərbi şərhçi
Kayl Mizokami yazır.
Türkiyənin hərbi-hava qüvvələri və hərbi-dəniz donanması bölgədə ən güclülərdən biridir, ölkənin hərbi texnikasının böyük hissəsi xarici istehsalın məhsuludur, amma Ankara özünün hərbi-sənaye bazasını genişləndirməyə çalışır.
Ekspert qeyd edir ki, prezident Rəcəb Tayyip Ərdoğan Türkiyənin müdafiə sənayesinin inkişafını hakimiyyətə gəldiyi ilk gündən (2002 il) özünün uzunmüddətli hədəfinə çevirib.
«Defense News» nəşrinin məlumatına görə,
2003-cü ildən 2020-ci ilə qədər Türkiyənin müdafiə və aerokosmik şirkətlərinin sayı
56-dan 1500-ə qədər artıb. 2003-cı ildə hökumət
5,5 milyard dollarlıq proqramı idarə edirdisə, hazırda bu həcm
75 milyard dolları aşır.
Bu arada, ölkənin müdafiə büdcəsi dövlət xəzinəsinin istənilən müddəasından çox artırılır və 2020-ci ilin büdcəsində
145 milyard lirə (18 milyard dollardan artıq) təşkil edib (ümumi xərclərin 13 faizi).
Mizokami Türkiyənin ən güclü
5 silah növünün adlarını sadalayır - yerli müdafiə podratçıları tərəfindən ABŞ şirkətinin həmkarlığı ilə istehsal edilən
SOM-J qanadlı raketlər. Türkiyə tərəfin məlumatına görə, bir neçə təyyarə tipində yerləşdirilə bilən və
250 kilometr uçuş məsafəli bu raketlər həm də pis görüntülü şəraitdə yüksək dəqiqlik göstərir.
Türkiyənin
«Leopard» adlı əsas döyüş tankı ölkənin daha bir güclü silahıdır. Altmış tonluq bu döyüş maşını Almaniya istehsalıdır, müasir zireh kompozisiyasına malikdir və 1500 at gücünə malikdir. O, sürəti 64 kilometrə çatdırmağa imkan verir.
Türkiyə HHQ ABŞ-dan kənarda yerləşən nəhəng
F-16 donanmalarından birinə malikdir və
270 çoxməqsədli qırıcılardan təşkil olunub.
Bundan başqa, Türkiyə HDQ
14 ədəd sualtı qayığa malikdir və Aralıq dənizindəki ən nəhəng sualtı donanmalardan biridir. Ölkə ən yaşlı sualtı qayığını 6 ədəd «Tip214» («Reys» sinifindən olan) sualtı qayıqla əvəzləməyə hazırlaşır.
Nəhayət, məqalədə
B61 nüvə bombaları xatırladılır - onlar ABŞ-ın ciddi nəzarəti altında və ehtimal ki, «İncirlik» aviabazasında (Adana əyaləti) saxlanır. Müharibə şəraiti istisna olmaqla, Ankara bu bombalara girişə malik deyil və yalnız ABŞ personlının rəhbərliyi və nəzaəti altında onlardan istifadə edə bilər.
AzPolitika.info
Tarix: 20-11-2020, 09:11