"Qarabağda "İsgəndər" raketindən istifadə etdik" deyən erməni general saxlanıldı




"Qarabağda "İsgəndər" raketindən istifadə etdik" deyən Ermənistan Baş Qərargahının keçmiş rəhbəri general-polkovnik Movses Akopyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılıb.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə M.Akopyanın özü məlumat verib.
 
General-polkovnik Xüsusi İstintaq Xidmətində dindirilməsinin təfərrüatları barədə məlumat verməyib.
 
Qeyd edək ki, daha əvvəl M.Akopyan Dağlıq Qarabağ münaqişənin eskalasiyası dövründə Ermənistanın "İsgəndər" operativ-taktiki raket kompleksini tətbiq etdiyini bildirib: "İsgəndər" tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm".
Tarix: 19-11-2020, 22:04
Xəbəri paylaş



Xəbər lenti