Serj Sarkisyanın partiyası hakimiyyətə iddia etmir - Rəsmi imtina




Sabiq prezident Serj Sarkisyanın lideri olduğu Ermənistan Respublika Partiyası keçmiş hakimiyyətini geri qaytarmaq fikrində deyil.

“Sputnik Ermənistan” bildirir ki, bunu partiyanın mətbuat katibi Eduard Şarmazanov müxalifətin Yerevanın mərkəzindəki mitinqində deyib.

Siyasətçi qeyd edib ki, müxalifətin etiraz aksiyalarını hakimiyyətə qayıtmaq üçün təşkil etdiyini düşünənlər "həyasızcasına yalan danışırlar". "Biz ölkənin xilası uğrunda mübarizə aparırıq", - deyə Eduard Şarmazanov vurğulayıb.
Tarix: 19-11-2020, 10:28
Xəbəri paylaş



Xəbər lenti