"Fransa Ermənistanı utanmadan açıqcasına, diplomatik qaydalardan kənara çıxaraq müdafiə etdi"






ABŞ dövlət katibi Mayk Pompoe bildirib ki, ABŞ, Fransa və Rusiya əsas məqsədləri Dağlıq Qarabağdakı münaqişəni həll etmək olan Mİnsk Qrupunun həmsədr ölkələridir: “Vəziyyət məhz bu çərçivədə həll olunmalıdır”. 

Dövlət katibi Mayk Pompeonun bu fikirini Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev şərh edir.

"1992-ci ilin mart ayında ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdi. Sonradan təşkilatın adı dəyişdirilərək ATƏT oldu. Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirdi. BMT-nin məlum qətnamələrinin həyata keçirmək missiyasını üzərinə götürən bu təşkilat təxminən 30 il ərzində çoxlu sayda saysız-hesabsız görüşlər keçirmişdir. Bu illər ərzində təşkilat öz mandatına uyğun olmayın hərəkətlər edirdi, səlahiyyətlərindən kənar, BMT-nin məlun qərarlarının içrasını deyil, Azərbaycanı reallıqla barışmağa təhrik edirdilər. Həmin reallıq isə Azərbaycanın 20 fiz ərazisinin işxalı idi.

Son zamanlar Ermənistanın baş naziri Paşinyanın avanturist çıxışlarına, yeni əraziləri işğal ediləcəkləri kimi çıxışlarana göz yumulurdu, ATƏT-in Minsk qurupunun həmsədrləri tərəfindən heç bir reaksiya verilmirdi. Azərbaycan prezidenri beynəlxalq hüququ o cümlədən BMT məlum qətnamələrini əsas götürərək 27 sentyabr tarixdə əks hucum əmri verdi, nəticə olaraq ərazimiz işğalçılardan azad edildi və bəyanat imzalandı. Münaqişə zamanı Minsk qrupuna həmsədirlik edən dövlətlər, Rusiyadan başqa bitərəfliyini qorumadı, əksinə Fransa Ermənistanı utanmadan açıqcasına, diplomatik qaydalardan kənara çıxaraq müdafiə etdi. Artıq münaqişənin məlum bəyanatın müddalarına əsasən tənzimləməsi prosesi başlayıb, hesab edirəm ki, uğurlada davam etdiriləcək. ATƏT Mink qurupu öz missiyasını uğursuz olaraq tarixin arxivinə göndərib.

ABŞ dövlət katibi Mayk Pompeo bu çıxışını Fransa mətbuatına etməsi təsadüfü deyil. Fransa prezidenti Emmanuel Makronun ermənipərəst olması sirr deyil və bu çıxış dolayısı ilə Makrona həmrəylik nümayiş etdirməkdir. Bir sözlə Ermənistanda inqlab yolu ilə hakimiyyətə gətirdikləri Paşinyanı himayə etməkdən başqa bir şey deyil. Bu isə bizim tərəfimizdən məqbul sayıla bilməz."
Tarix: 17-11-2020, 20:45
Xəbəri paylaş



Xəbər lenti