Ermənistan vətəndaş müharibəsi astanasında, qarşıdurmalar, istefalar...



Düşmən ölkənin xarici işlər naziri də istefa verdi; Paşinyan devrilsə, yerinə gələn razılaşmanı pozmağa cəhd edə bilərmi?

Ermənistan vətəndaş müharibəsinin astanasındadır. Artıq özünün yaxın tərəfdarları Paşinyandan üz çevirir və düşərgə dəyişdirir. Bu prosesləri Nikol Paşinyanın aqressiv açıqlamaları və həbs dalğaları müşayiət edir. Hətta Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan Nikol Paşinyana sui-qəsd hazırlamağa görə həbs olunub və artıq cinayət məcəlləsinin iki maddəsi ilə ittiham olunur. Paşinyan isə ona sadiq olan Qarabağdakı silahlı dəstələri İrəvana çağırıb.
Nikol Paşinyana qarşı olan siyasi qüvvələr də fürsəti əldən vermək istəmirlər. Daşnaksütyun və “Çiçəklənən Ermənistan” partiyaları xüsusilə fəallıq göstərir. Bu partiyaların üzvləri küçələrdən yığışmırlar. Paşinyanın və bütün hökumətin istefası tələbində israr edirlər. Hökumət qüvvələri ilə Paşinyanın istefası tələbi ilə küçələrə çıxan ermənilər bir-birini qırırlar. Azərbaycan qarşısında məğlubiyyət bu aqressiv dövləti içdən də çökdürməyə başlayıb. Baş nazir iqtidardan getməmək üçün dirəşir və diktatura rejimini daha da sərtləşdirmək yolu seçib. Müharibədə məğlub olan Ermənistanda demokratik azadlıqların tapdanması adi hal alıb, fərqli düşünənlərə qarşı sözün əsl mənasında müharibə elan olunub. Baş nazir Paşinyanın göstərişinə əsasən, kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, siyasi fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur. Hətta Qarabağda döyüşən və hələ də öldü-qaldısından xəbər olmayan əsgərlərin valideyenləri də küçələrdə polis zoraklığına və həbslərə məruz qoyulur. İki il öncə iş başına gələn rejim artıq öz əsl mahiyyətini daha açıq şəkildə ortaya qoyub. Ölkədə əsl diktatura rejimi hökm sürür. Ermənistanda media sərt senzura şəraitində fəaliyyət göstərir, QHT-lərin fəaliyyəti tam məhdudlaşdırılıb. Belə görünür ki, Paşinyan hakimiyyətinin ömrünü mümkün qədər uzatmağın yegamə yolunun repressiv siyasəti kəskinləşdirmək olduğu qərarınadadır.
Ermənistan vətəndaş müharibəsi astanasında: düşmən öz qanına yerikləyir -  GÜNÜN XƏBƏRİ
Yayılan xəbərlərə görə, artıq etirazçıların qətlə yetirilməsi halları da müşahidə olunur. Noyabrın 13-də İrəvanda Razdan körpüsünün altında Ermənistan Milli Məclisinin binasına daxil olan şəxslərdən birinin meyiti tapılıb.
Siyasi partiyalara qarşı da repressiya dalğası start götürüb. Dövlət Təhlükəsizlik Xidməti parlamentin vitse-spikeri Eduard Şarmazanovu, “Vətən” Partiyasının sədri, DTX-nın keçmiş rəhbəri Artur Vanetsyanı, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyanı, parlamentin sabiq vitse-spikeri Ara Saakyanı həbs edib. Daha əvvəl Daşnaksütyun Partiyasının rəhbərliyində olan İşxan Saqatelyan saxlanılıb.
Azərbaycanla müharibənin olmaması üçün dua edirik, müharibə bizim üçün  fəlakət olacaq” – Naira Zoqrabyan
Eyni zamanda parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zoqrabyan ona güclü təzyiqlər olduğunu və əgər başına bir iş gələrsə, bunda N.Paşinyanın günahkar olacağını bəyan edib.
Vardan Atabekyan Paşinyanın fraksiyasından GETDİ
Milli Məclisdəki “Mənim addımım” fraksiyasının üzvü deputat Vardan Atabekyan Nikol Paşinyanın imzaladığı kapitulyasiya bəyanatından narazılığını ifadə etdiyinə görə onun evinə hücum təşkil edilib.
Beləliklə, təqib və təzyiqin adi hal aldığı Ermənistanda təkcə siyasi fəallar deyil, onların yaxınları da basqılara məruz qalır. Dəqiq məlumatlarda deyilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Ayrenik” partiyasının sədri Artur Vanesyanın valideynlərinin mənzilinə daxil olaraq orada axtarış həyata keçiriblər.
Hökumət o dərəcədə aqressivləşib ki, əhaliyə etiraz aksiyalarına çıxmaq qadağan olunur, fəallar, onların ailə üzvləri qorxudulur.
Faktiki olaraq xarici ölkələrin əlində oyuncağa çevrilmiş Paşinyan rejimi erməni xalqına müharibə elan edib.
Bu arada Paşinyanın qırğına verdiyi hərbçilərin ailələri də etiraz aksiyalarına başlayıblar.
Maraqlıdır ki, insan haqları haqqında gen-bol danışan Qərb dairələri Ermənistanda baş verən bu biabırçılığa, diktaturaya göz yumurlar. Belə görünür ki, Ermənistan rəhbərliyi həmin dairələrin gözündə xüsusi imtiyaza malikdir, bu ölkədə hakimiyyət tərəfindən insanları öldürmək, həbs etmək, işgəncə vermək olar.
Ermənistanda siyasi çaxnaşma başladı: Zöhrab Mnatsakanyan vəzifəsindən azad  edildi
Bu arada Ermənistanda istefalar da başlayıb. Nikol Paşinyan hökumətin tərkibində dəyişiklik etməyi planlaşdırdığını açıqladıqdan az sonra Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib. Paşinyan Z.Mnatsakanyanın istefa ərizəsini qəbul edib.
N.Paşinyan deyib ki, XİN başçısının işdən azad edilməsinə səbəb 2018-ci ildən başlayaraq danışıqlar prosesinin faktiki olaraq torpaqların təhvil verilməsi istiqamətində getməsidir. O qeyd edib ki, danışıqlarda nəinki ətraf rayonların, hətta Şuşanın Azərbaycana qaytarılması məsələsi də müzakirə olunub.
Bununla belə, A.Naqdalyan baş nazirin iddiasını təkzib edərək danışıqlar prosesində Şuşadan imtinanın nəzərdə tutulmadığını vurğulayıb.
Nazirin ardınca onun müavini Savarş Koçaryan, müşaviri İrini Kaplanyan da vəzifələrindən ayrılıblar.
Ötən gün həmçinin, hərbi-sənaye komitəsinin rəhbəri Artak Davtyan vəzifəsindən qovulub...
Qabil Hüseynli: “Nə Azərbaycan Fələstindir, nə də...”
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli hesab edir ki, belə bir durumda Ermənistanın get-gedə daha da qarışacağı şübhəsizdir: “Kəlbəcər, Ağdam, Laçın rayonlarında qanunsuz məskunlaşmış ermənilər və Ermənistan silahlı qüvvələri Ermənistana geri döndükcə vəziyyət daha da ağırlaşacaq. Nə qədər qəribə görünsə də, belə bir vəziyyətdə Ermənistanda Nikol Paşinyanın bir müddət  hakimiyyətdə qalması Azərbaycana lazımdır. Çünki hazırda Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsinin Qarabağla bağlı proseslərə necə təsir edə biləcəyi sual altındadır. Ən azından 1 dekabra qədər bizə sabitlik, Paşinyanın Ermənistanda iqtidarda qalması sərf edir. Çünki məlum kapitulyasiya bəyanatını o imzalayıb. 1 dekabra qədər Azərbaycanın üç rayonu ermənilərdən tamamilə boşaldılmalıdır. Paşinyanın bu arada iqtidardan getməsi bu prosesə öz təsirini göstərə bilər. Ermənilərin necə həyasız və təxribatçı olduğunu düşünsək, istisna deyil ki, Paşinyanın gedəcəyi halda onu  yerinə keçən şəxs bəhanələrlə Paşinyanın imzasını saymadıqlarını, qüvvədən saldıqlarını bəyan etsin.
Paşinyanın yerinə gələn qüvvələr ruslar üzərindən əlavə zaman da istəyə və vaxtı süni şəkildə uzatmağa çalışa bilərlər".“Yeni Müsavat”
Tarix: 17-11-2020, 10:24
Xəbəri paylaş



Xəbər lenti