Qapalı Maraşın açılmasına və Kipr böhranı ilə bağlı açıqlamalara görə böyük təəssüf hissi keçiririk.Axar.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Avropa Birliyinin mesajı çox açıqdır: Kipr böhranı BMT Təhülkəsizlik Şurasının qərarları əsasında həll edilməlidir. Başqa variant regionda vəziyyəti daha da gərginləşdirəcək”, - Borrell bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışında iştirak edib və önəmli açıqlamalar verib.
Tarix: 16-11-2020, 10:20