“Rusiya mediası da ermənilərin “xəstəliyinə” yoluxmaqdadır. Ermənistanda HHM vasitələri olmayıb, yoxsa olub, amma özünü doğrultmayıb? Bir çox rus jurnalistləri də qələbəmizlə bağlı faktları ya təhrif edirlər, ya da görməzliyə vururlar. Yazırlar ki, Azərbaycan dronları ona görə erməniləri darmadağın edə bilib ki, sən demə ermənilərdə hava hücumundan müdafiə (HHM) sistemləri olmayıb”.Cebhe.info xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, reallıq ondan ibarət olub ki, ermənilərin arsenalında olan əsas silahlar elə HHM silahları olub:
“Nələri yox idi, “S-300”, “S-125”, “TorM2”, “Buk -M2”, “Kruq, “Osa”, “Strela”, “Şilka”, “İqla” və s. Bütün bu sadalanan silahlar Rusiya istehsalı olub və Ermənistan ordusunda istifadədə olub. Rusiya istehsalı olan bu silahların heç biri qarşıya qoyulan hərbi vəzifələri yerinə yetirə bilməyib, müasir dronların hücumlarının qarşısını ala bilməyib.Bu silahların əksəriyyəti də dronlarımız tərəfindən darmadağın edilib.
Ermənilərin son anda, noyabrın 10-da hətta “İsgəndər-E” ballistik raketindən də istifadə etdiyi bildirilir. Nəticə isə Rusiya-Gürsüstan müharibəsində “İsgəndər”in başına gələndən daha ağır oldu. Azərbaycanın HHM sistemləri dünyaca məşhur hesab olunan “İsgəndər-E”-ni zərərsizləşdirə bilib.
Beləliklə, Rusiya mətbuatı “Ermənistanda HHM vasitələri olmayıb” yazmaq əvəzinə “Rusiya istehsalı olan HHM-lər özünü doğrultmayıb” yazsaydılar daha doğru olardı”.
Neqativ.com
Tarix: 14-11-2020, 14:57