Paşinyan bunkerdən çıxmır: Amma başqalarını “xain” adlandırır


Paşinyan bunkerdən çıxmır: Amma başqalarını “xain” adlandırır

“Nikol Paşinyan iki gündür bunkerdən çıxmır. O, bir gün əvvəl “Mənim addımım” fraksiyasının deputatlarını hökumətə aid bağ evində qəbul edib”.
Cebhe.info-nun məlumatına görə, Ermənistanın “Hraparak” qəzeti belə yazıb.
Bu, kapitulyasiyadan sonra Paşinyanla ilk görüş idi. Paşinyan əvvəlcədən xəbərdar edib ki, “sürüşkən mövqe”də olan heç kim bağışlanmayacaq. Ümumiyyətlə, bu təhdid-müraciətlər onun fikri idi. Lakin qəzetin mənbələri bəzi detalları açılqlayıb.
Paşinyan bunun niyə baş verdiyi barədə uzun müddət danışıb. O, son yaşananlar barədə dediklərini təkrarlayıb, ordunu günahlandırdı və bu addımı atmalı olduğunu söyləyib. Ancaq bununla az adam maraqlanırdı.
“Mən xilas proqramını eşitməyə getmişdim. Bəlkə də nəyi isə saxlamaq üçün hələ gec deyildi. Amma təəssüf ki, bunu eşitmədim”-qəzetə məlumat verən mənbə belə deyib.
“Paşinyan bu çətin anda komandanı tərk edənlərin xain olduqlarını və layiqli cavab alacaqlarını söyləyib. Ancaq onun çıxışı yenə xaotik və ziddiyyətli oldu”, - deyə “Hraparak” qəzeti qeyd edir.
Tarix: 14-11-2020, 14:56
Xəbəri paylaş



Xəbər lenti