Koronavirusa yoluxan Ukrayna Prezidenti Vladimir Zelenski səhhətindən dolayı səlahiyyətlərini icra edə bilməzsə, konstitusiyaya əsasən Ali Radanın spikeri Dmitri Razumkov onun postuna keçməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın müşaviri Oleq Soskin deyib.
“Nə Poroşenko, nə Medvedçuk, nə də Timoşenkonun şansları var. Amma D.Razumkov hakimiyyəti əlində cəmləşdirir. Bunu, patriarx ölən zaman dəfn komissiyasının rəhbərinin ən böyük şans qazanması ilə müqayisə etmək olar”, - deyə O.Soskin bildirib.
Bundan əlavə, ekspert vurğulayıb ki, Kiyev meri Vitali Kliçko, Çerkass meri Anatoli Bondarenko və digər şəhərlərin merləri də Zelenskinin postuna iddia edə bilər.
Qeyd edək ki, bir neçə gün öncə Zelenski koronavirusa yoluxub. Ardınca Ukrayna Prezident administrasiyasının rəhbəri Andrey Yermak da COVİD-19-a yoluxduğunu açıqlamışdı.
Tarix: 13-11-2020, 11:33