“Azərbaycana dəstəyə görə Kanada bizə embarqo qoydu, biz nə etdik?”



Ankarada Türkiyənin ən güclü istehsal komplekslərindən olan ASELSAN-ın (Hərbi Elektronika Sənayesi) yeni sistem və təsisatlarının açılışı olub.
Virtualaz.org bildirir ki, mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsindəki böyük uğurlarından danışarkən diqqətə çatdırıb ki, 2020-ci ildə ölkə üzrə 62 müdafiə sənayesi layihəsi olduğu halda hazırda onların sayı 700-ə çatıb. Bununla da ölkəyə qarşı gizli və açıq şəkildə tətbiq olunan embarqoların təsiri dəf edilib.
Dövlət başçısı konkret misal da çəkib: “Qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada pilotsuz uçuş aparatlarımızda (PUA) istifadə etdiyimiz kameralara embarqo qoydu. Biz nə etdik? ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq".
Tarix: 12-11-2020, 22:07
Xəbəri paylaş



Xəbər lenti