Xarici kəşfiyyat məlumat yaydı – Dünya müharibəsi başlayır?
Dünya qlobal bir qarşıdurma təhlükəsi ilə qarşı-qarşıyadır. Hazırda münaqişənin əsas iştirakçılarının dünyagörüşü formalaşır – onlar ABŞ, Çin və Rusiyadır. Dünyada fikirlərin qütbləşməsi güclənib, beynəlxalq hüquq getdikcə daha az əhəmiyyət kəsb edir. Qaynarinfo xəbər verir ki, bu haqda Çex xarici kəşfiyyatının veb saytının məlumatında deyilir. “Müasir dünyanın yönəldiyi qlobal xarakterli mümkün qarşıdurma hələ hazırlıq mərhələsindədir”, – məlumatda bildirilir. Xəbərdə əvvəllər müttəfiq sayılan ölkələr arasında da ziddiyyətlərin meydana çıxdığı bildirilir. Qlobal oyunçular hazırda qarşıdurma düşüncəsi üstünlük qazanmağa başlayır, onlar daha güclü və daha əzəmətli ola biləcəklərinə inanırlar. Bundan əvvəl Çex Respublikasının Təhlükəsizlik və İnformasiya Xidməti Rusiya və Çinin bu ölkə üçün təhlükə yaratdığını bəyan edib. Bu nəticəni Rusiya Federasiyası və Çinin kəşfiyyat xidmətlərinin Çexiyada ən aktiv olmaları doğurub.