Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
Bu barədə tert.am öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu gün sabiq prezidentə Milli Təhlükəsizlik Xidmətinə gəlməsi barədə bildiriş göndərilib.
Qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan artıq Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
Xatırladaq ki, bu gün paytaxt İrəvan şəhərinin Azadlıq meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.
Tarix: 11-11-2020, 15:05